• Bakı 23° C

    1.87 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

Təqaüdə çıxan polkovniklə bağlı ŞOK FAKTLAR - Pul qarşılığında...

HADİSƏ

26 May 2026 | 12:14

Təqaüdə çıxan polkovniklə bağlı ŞOK FAKTLAR - Pul qarşılığında...

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun Tibb İdarəsi rəis müavini vəzifəsindən azad edilib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata əsasən, həmin vəzifəni icra edən polkovnik Oktay Babayev ehtiyata buraxılıb.

Məsələ ilə bağlı redaksiyamıza daxil olan iddialarda bildirilir ki, ehtiyatda olan polkovnik uzun müddət Tibb İdarəsində külli miqdarda yeyinti hallarına yol verməkdə ittiham olunur. Mənbələrin iddiasına görə, onun hərbi qulluqçularla münasibətdə və xidməti davranışında ciddi pozuntular aşkar edilib.

İddialar arasında o da yer alır ki, Oktay Babayev bəzi hərbi qulluqçuların xəstəlik səbəbi ilə ordu sıralarından tərxis olunmasına şərait yaradıb, həmçinin onların “sıradankənar” sənədləri əldə etməsinə dəstək göstərib.

Mənbələr əlavə edir ki, ehtiyatda olmasına baxmayaraq, Babayevin hələ də idarənin daxilində müəyyən təsir imkanlarını saxladığı, müxtəlif şəxslərlə birgə bu qəbildən olan fəaliyyətləri davam etdirdiyi iddia olunur.

Bundan başqa, onun bu ilin fevralında həbs edilən, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin sabiq rəisi Ruhin Tağıyevlə əlbir olduğu da iddia olunur.

Murad İsmayıl


SON XƏBƏRLƏR

25 May 2026