• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Cənubi Koreyada estakada uçub: xəsarət alanlar var

DÜNYA

26 May 2026 | 11:13 | Müəllif: Əli Hüseynov

Cənubi Koreyada estakada uçub: xəsarət alanlar var

Cənubi Koreyanın paytaxtı Seulda sökülməli olan köhnə yol ötürücüsü qismən uçub.

Bu barədə Bakıvaxtı.az "Yonhap"a istinadən xəbər verir.

Məlumata görə, hadisə bu gün Seosomun estakadası üzərində söküntü işləri zamanı baş verib.

Rəsmi şəxslərin məlumatına görə, hadisə nəticəsində ən azı altı nəfər xəsarət alıb.

Yanğınsöndürmə və xilasetmə xidmətləri axtarış-xilasetmə əməliyyatını davam etdirir, dağıntılar altında daha iki nəfərin qaldığı ehtimal olunur.

Seul meriyasının nümayəndəsi bildirib ki, estakadanın bir hissəsinin çökməsi konstruksiyanın qismən uçmasına səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026