• Bakı 23° C

    1.87 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

Rusiya səfiri: "Azərbaycanla milli valyutalarla hesablaşmalar uğurla aparılır"

SİYASƏT

26 May 2026 | 12:50

Rusiya səfiri: Azərbaycanla milli valyutalarla hesablaşmalar uğurla aparılır

Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq yüksək səmərəliliyi ilə fərqlənir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov "Xəzər regionuna investisiyalar" adlı işgüzar paneldə bildirib.

"Bu, əsasən Rusiya və Azərbaycanın bank qurumlarının nailiyyətidir: ölkələrimiz milli valyutalarla – rubl və manatla hesablaşmalar aparır. Mən şəxsən yoxlama aparmışam. Bakıdan manatla vəsait köçürüldükdən sonra 1,5 saat ərzində Rusiya bankından hesaba rublla vəsaitin köçürülməsi barədə bildiriş aldım. Diplomatik nümayəndəlikdə həm rubl, həm də manatdan istifadə edirik və maliyyələşdirmə məsələlərində heç bir çətinliklə üzləşmirik. Azərbaycanda fəaliyyət göstərən Rusiya iş adamları da milli valyutalarla hesablaşmaların son dərəcə rahat olduğunu vurğulayırlar", - diplomat qeyd edib.


SON XƏBƏRLƏR

25 May 2026