• Bakı 26° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Üzeyir Cəfərov nəqliyyat çatışmazlığından danışdı: "Təsir edir"

SİYASƏT

25 Iyun 2026 | 12:38

Üzeyir Cəfərov nəqliyyat çatışmazlığından danışdı: Təsir edir

“Nəqliyyat çatışmazlığı qəzaların sayına təsir edir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov “Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” və “Müasir şəhərsalmada piyada təhlükəsizliyi” adlı layihələr çərçivəsində keçirilən ictimai müzakirədə deyib.

O bildirib ki, bu gün sorğu keçirilsə, heç bir qurum hərbi qulluqçuların, xüsusilə də işğaldan azad olunmuş ərazilərə daşınması üçün istifadə olunan nəqliyyat vasitələrinin sayı ilə bağlı dəqiq statistika təqdim etməyəcək. Onun sözlərinə görə, bu vəziyyət müxtəlif səbəblərlə izah olunur.

Ü. Cəfərov qeyd edib ki, əsas səbəblərdən biri ayrılan nəqliyyat vasitələrinin az olmasıdır. Nəticədə bir avtomobildə normadan artıq sayda insan daşınır.

Hərbi ekspert vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə baş verən ağır yol qəzalarının səbəblərindən biri də məhz budur.

O əlavə edib ki, məktəblərdə də bu məsələlərə diqqət artırılmalı, Elm və Təhsil Nazirliyi hərbi hazırlıq və təhlükəsizlik mövzularına daha çox önəm verməlidir.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyun 2026