• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Belçikada qatarla avtobus toqquşdu - Ölənlər var

DÜNYA

26 May 2026 | 14:32 | Müəllif: Əli Hüseynov

Belçikada qatarla avtobus toqquşdu - Ölənlər var

Belçikanın Byuqqenhaut şəhərində məktəbliləri daşıyan mikroavtobus qatarla toqquşub, 4 nəfər ölüb. 

Bakıvaxtı.az yerli RTL nəşrinə istinadən xəbər verir ki, ölənlər iki yeniyetmə, sürücü və konduktordur. 

Məlumata görə, toqquşma anında keçiddəki şlaqbaumlar endirilmiş, siqnal işıqları yandırılmış olub. Maşinist qatarı saxlamağa çalışsa da, zərbənin qarşısını almaq mümkün olmayıb. Zərbənin təsirindən mikroavtobus aşıb. 

Qəza zamanı mikroavtobusda yeddi uşağın, qatarda isə 100 sərnişinin olduğu bildirilir. 

Xəsarət alanlar xəstəxanalara çatdırılıb. Onların vəziyyəti barədə hələlik məlumat verilmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026