• Bakı 26° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

İsrail Livanın cənubunu tərk etməyə başladı

DÜNYA

25 Iyun 2026 | 13:31

İsrail Livanın cənubunu tərk etməyə başladı

İsrail ordusu Livanın cənubundakı təhlükəsizlik zonasının bir hissəsini tərk edib.

Bu barədə anonim ABŞ rəsmisi Bakıvaxtı.az-a bildirib.

Onun sözlərinə görə, həmin ərazilərə Livan ordusu daxil olacaq.

Mənbə dəqiq olaraq hansı bölgələrin İsrail qüvvələri tərəfindən boşaldıldığını deməyib.

“İsrail bufer zonanın bir hissəsində çıxmaqla konkret addım atıb. Bu, Livanın legitim hökumətinə qarşı atılmış bir xoşməramlı addımdır. İndi Livan ordusu bu ərazilərə girməli və oranı terror infrastrukturundan təmizləməlidir”, - qeyd edilib.

Mənbə bildirib ki, bu, Livanın cənubundakı bütün bölgələrdə bir model olacaq və əhalinin həmin yerlərə təhlükəsiz şəkildə qayıtmasına gətirib çıxaracaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyun 2026