• Bakı 21° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

Cəza müddətinin sonuna az qalmış qadın məhkumlarla görüş olub

    CƏMİYYƏT

    26 May 2026 | 14:08

    Cəza müddətinin sonuna az qalmış qadın məhkumlarla görüş olub

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin birgə tədbirlər planının icrası işlərinin davamı olaraq, 4 saylı cəzaçəkmə müəssisəsində cəza müddətinin sonuna az qalmış qadın məhkumlarla görüş keçirilib.

    Bu barədə Bakıvaxtı.az-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

    Qeyd edilib ki, görüşdə agentliyin fəaliyyət istiqamətləri, o cümlədən cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirdiyi tədbirlər barədə məlumat verilib.

    Onların da cəza müddəti başa çatdıqdan sonra qurum tərəfindən ailələrinə səfərlər təşkil ediləcəyi və sosial xidmətlərə olan tələbatının qiymətləndiriləcəyi bildirilib.

    Qiymətləndirmənin nəticəsinə uyğun olaraq sosial-psixoloji, sosial-hüquqi və sosial-məsləhət yardımı ilə təmin ediləcəkləri diqqətə çatdırılıb.

    Sonda məhkumları maraqlandıran suallar cavablandırılıb.


    SON XƏBƏRLƏR