• Bakı 21° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

Şabranda sel fəsadlar yaratdı

CƏMİYYƏT

26 May 2026 | 16:23

Şabranda sel fəsadlar yaratdı

Şabranda sel sularının avtomobil yollarında yaratdığı fəsadlar aradan qaldırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, bərpa işləri Düzbilici-Oxu Vələsi-Çinarlar yolunun 5 və 8-ci km-də, həmçinin Şabran-Qalaaltı yolunun 6-cı km-də aparılır.

Ərazilərdə qazıntı və əks-dolğu işləri aparılır, suötürücü borular bərpa edilir.

Yaranmış problemlərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülür.

Məqsəd nəqliyyat əlaqəsinin qısa müddətdə tam bərpası və hərəkətin təhlükəsiz şəkildə təşkilidir.

Sel sularının yarada biləcəyi təhlükələrin qarşısını almaq üçün qabaqlayıcı addımlar atılır.

Bərpa işləri Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq davam etdirilir.


SON XƏBƏRLƏR