• Bakı 25° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Milli Observatoriyanın təlim proqramları beynəlxalq səviyyədə akkreditasiya olunub

CƏMİYYƏT

25 Iyun 2026 | 15:42

Milli Observatoriyanın təlim proqramları beynəlxalq səviyyədə akkreditasiya olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın təlim proqramları beynəlxalq səviyyədə akkreditasiyadan keçib.

Bakıvaxtı.az xəbər verir ki, Milli Observatoriya Böyük Britaniyanın The CPD Certification Service – CPD Sertifikatlaşdırma Xidməti tərəfindən beynəlxalq səviyyəli təlim qurumu kimi tanınıb və akkreditasiya olunub.

Qurumun 5 təlim proqramının – “Sorğuların təşkili”, “MS Excel”, “İnsan Resurslarının İdarə Edilməsi”, “Natiqlik bacarığı” və “Gender-əsaslı zorakılıqdan zərər çəkmiş şəxslər üçün keys-menecment” proqramlarının beynəlxalq meyarlara uyğunluğu qiymətləndirilib. Təlimlərin CPD standartlarına cavab verdiyi təsdiqlənib və həmin proqramlar xidmətin rəsmi saytında yerləşdirilib.

Bildirilib ki, bu təlimlər iştirakçılara sorğu metodologiyası və məlumatların təhlili, verilənlərin idarə olunması və analitik hesabatların hazırlanması, insan resurslarının müasir idarə olunması, effektiv ünsiyyət və ictimai çıxış bacarıqları, eləcə də həssas qruplarla iş və sosial müdafiə mexanizmlərinin tətbiqi sahəsində bilik və bacarıqlar qazandırır.

Qeyd olunub ki, Milli Observatoriyanın təşkil etdiyi təlimləri uğurla başa vuran şəxslərə təqdim edilən sertifikatlar da beynəlxalq səviyyəli sertifikat kimi tanınacaq. Bu akkreditasiya qurumun təlimlərinin beynəlxalq səviyyədə tanınmasını təmin etməklə yanaşı, iştirakçılara həm yerli, həm də qlobal əmək bazarında əlavə rəqabət üstünlüyü qazandıracaq.

Məlumata görə, cari ilin sonunadək Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın daha bir neçə təlim proqramının da beynəlxalq səviyyədə akkreditasiyadan keçirilməsi nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyun 2026