• Bakı 25° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Geri çağırılan səfir kimdir? - DOSYE

SİYASƏT

25 Iyun 2026 | 15:38

Geri çağırılan səfir kimdir? - DOSYE

Prezident İlham Əliyev Hüseyn Rzaqulu oğlu Quliyevin Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb.

Səfir vəzifəsindən geri çağırlan Hüseyn Quliyev kimdir?

Bakıvaxtı.az onun tərcümeyi-halını təqdim edir:

Hüseyn Rzaqulu oğlu Quliyev 23 iyun 1946-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində doğulub.

1953-1965-ci illərdə Naxçıvan şəhərindəki 3 saylı orta məktəbdə təhsil alıb.

1965-1970-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda mühəndis-texnoloq ixtisasına yiyələnib.

1970-1991-ci illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı olub.
1978-1982-ci illərdə SSRİ-nin Kiprdəki səfirliyində birinci katib-müşavir, 1984-1990-cı illərdə SSRİ-nin Türkiyədəki səfirliyində birinci katib-müşavir işləyib.

1991-1995-ci illərdə Moskvada Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı olub.

1995-1997-ci illərdə “İDİL” Türk inşaat şirkətinin Rusiya nümayəndəliyində nümayəndə işləyib.

1997-2007-ci illərdə Rusiyanın “Trans-nafta” şirkətində vitse-prezident olub.

2007-2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyidə şöbə müdiri, 2009-2012-ci illərdə idarə rəisi olub.

2012-ci ildə Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

80 yaşlı H.Quliyev fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir. 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərilə təltif edilib.

Evlidir, iki uşağı və üç nəvəsi var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyun 2026