• Bakı 24° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

İtaliya HDQ komandanı azərbaycanlı kursantı təltif edib

CƏMİYYƏT

25 Iyun 2026 | 16:45

İtaliya HDQ komandanı azərbaycanlı kursantı təltif edib

Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Dəniz fakültəsini fərqlənmə diplomu ilə bitirən kursant Əlikram Əkrəm oğlu Abbaslı İtaliya Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Quzeppe Berutti Berqotto tərəfindən imzalanmış sertifikat və xatirə hədiyyəsi ilə təltif olunub.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, mərasim Azərbaycan və İtaliya müdafiə nazirləri arasında Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin təlim və təhsili sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu çərçivəsində baş tutub.

Sertifikatı və "Şərəf qılıncı"nı kursanta İtaliyanın Azərbaycandakı hərbi attaşesi, 1-ci dərəcəli kapitan Canfranco Viççini təqdim edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR