• Bakı 24° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Diplom və attestatlar elektronlaşdırılır - BU TARİXDƏN

CƏMİYYƏT

25 Iyun 2026 | 17:15

Diplom və attestatlar elektronlaşdırılır - BU TARİXDƏN

Növbəti tədris ilindən etibarən Azərbaycanda attestat və diplomlar tam elektron formatda təqdim olunacaq.

Bu barədə Bakıvaxtı.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, 2025-2026-cı tədris ilindən başlayaraq təhsil haqqında dövlət sənədləri kağız daşıyıcı ilə yanaşı, elektron qaydada da formalaşdırılacaq.

Bildirilib ki, yeni qaydalara əsasən, attestat və diplomlar "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" üzərindən elektron formatda hazırlanacaq. Sənədlərdə əks olunan məlumatlar isə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təhlükəsiz şəkildə təqdim və əldə ediləcək.

Yenilik sayəsində məzunlar təhsil sənədlərini şəxsi elektron kabinetlərindən istənilən vaxt əldə edə, elektron formada paylaşa, həmçinin ehtiyac yarandıqda çap edərək istifadə edə biləcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR