• Bakı 25° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Bu gün general-mayor olan Rzayevin - GƏNCLİK FOTOSU

SİYASƏT

25 Iyun 2026 | 16:37

Bu gün general-mayor olan Rzayevin - GƏNCLİK FOTOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, ali hərbi rütbə alanlar arasında Gülməmməd Tofiq oğlu Rzayev də yer alıb.

Məlumata görə, G.Rzayev hazırda Quru Qoşunları Komandanlığının artilleriya rəisi vəzifəsində çalışır. O, ixtisasca artilleriyaçı olmaqla yanaşı, Heydər Əliyev adına Hərbi İnstitutun məzunudur.

Gülməmməd Rzayev Vətən müharibəsinin iştirakçısı olub. Döyüşlər zamanı göstərdiyi xidmətlərə görə müxtəlif orden və medallarla təltif edilib.

Bakıvaxtı.az onun 2017-ci ildə, hələ kapitan rütbəsində olarkən “Azərbaycan Ordusu” qəzetinə verdiyi müsahibədən fotogörüntünü əldə edib.

Həmin görüntünü təqdim edirik.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR