Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbə verilməsi ilə bağlı Sərəncam imzalayıb.
Bakıvaxtı.az xəbər verir ki, Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndi rəhbər tutularaq imzalanıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:
polkovnik Rəsul Rasim oğlu Əliyevə
polkovnik Elçin Rəhim oğlu Abdullayevə
polkovnik Azər Əfrayıl oğlu Heybətliyə
polkovnik Gülməmməd Tofiq oğlu Rzayevə
polkovnik Ruslan Dünyaməddin oğlu Ağasiyevə
Qeyd edək ki, ali hərbi rütbələrin verilməsi Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçuların peşəkar fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirilir.
Bakı 



