• Bakı 24° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

"Alibaba" Pentaqonu məhkəməyə verdi

DÜNYA

25 Iyun 2026 | 16:57

Alibaba Pentaqonu məhkəməyə verdi

Çinin "Alibaba" korporasiyası adı "qara siyahı"ya salındığı üçün Pentaqona qarşı məhkəmə iddiası qaldırdığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

"Biz ABŞ Hərb Nazirliyinə qarşı rəsmi şəkildə iddia qaldırmışıq və şirkətimizin Çin hərbi müəssisələri siyahısından çıxarılmasını tələb edirik", - deyə şirkətin yaydığı bəyanatda bildirilir.

"Alibaba" Çinin hərbi müəssisəsi olmadığını xüsusi olaraq vurğulayıb. Korporasiya onun adının sözügedən "qara siyahı"ya əlavə edilməsi ilə bağlı qərarın tamamilə əsassız və özbaşına qəbul edildiyini hesab edir.

Xatırladaq ki, iyunun 9-da ABŞ-nin hərbi idarəsi Çin Xalq Azadlıq Ordusu ilə əməkdaşlıq edən "Çin hərbi şirkətləri"nin siyahısına "Alibaba" korporasiyasını, "Baidu" axtarış sistemini, eləcə də BYD elektromobil və akkumulyator istehsalçısının adlarını daxil edib. Bu qərardan sonra "Alibaba" öz işgüzar nüfuzunun ləkələnməsinə qarşı müvafiq hüquqi addımlar atacağını bəyan etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR