• Bakı 25° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

CƏMİYYƏT

25 Iyun 2026 | 16:03

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Fransa Prezidentinin kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalterlə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün "X" hesabında bildirib.

O qeyd edib ki, görüş zamanı ötən ay Prezident İlham Əliyev ilə Fransa Prezidenti Emmanuel Makron arasında baş tutan telefon danışığı fonunda bir sıra məsələlər müzakirə edilib:

"Azərbaycan–Fransa ikitərəfli münasibətlərinin mövcud vəziyyətini və perspektivlərini nəzərdən keçirdik. Həmçinin regional proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq".

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR