• Bakı 25° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Prezidentdən hərbi qulluqçularla bağlı - SƏRƏNCAM

CƏMİYYƏT

25 Iyun 2026 | 14:17

Prezidentdən hərbi qulluqçularla bağlı - SƏRƏNCAM

Hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi haqqında dəyişiklik təsdiqlənib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişikliyi imzalayıb.

Sənədə əsasən, onlar hərbi xidmət keçdikləri dövlət orqanları, onların strukturuna daxil olan qurumlar tərəfindən şəxsi jetonla təmin ediləcəklər.

Buna görə də qanunvericiliyə "şəxsi jeton" anlayışı və istifadə qaydaları əlavə edilib.

Bundan başqa, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna çağırışaqədərki hazırlıq sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi məqsədilə 9.4-cü maddə əlavə olunub.

Sənəddə gənclərin çağırışaqədərki hazırlığının təşkili və həyata keçirilməsi ilə bağlı əsasnamənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyun 2026