Mayın 26-sı saat 16:00-a olan faktiki hava açqılanıb.
Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasının bir sıra yerlərində intensiv xarakterli qısamüddətli yağış yağıb, bəzi ərazilərə dolu düşüb. Düşən dolunun diametri 4 mm-dək qeydə alınıb.
Hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağışın intensivliyi tədricən zəifləyib, yaxın saatlarda kəsiləcəyi gözlənilir.
***
Hazırda Bakıda, Abşeron yarımadasında və Sumqayıtda davam edən qeyri-sabit hava şəraiti axşam saatlarına doğru tədricən kəsiləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, axşam saatlarında artıq yağıntılar kəsəcək.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
***
15:47
Bakı ərazisində gözlənilməz hava şəraiti müşahidə olunmağa başlayıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, paytaxtın bir neçə rayonunda intensiv dolu yağışı qeydə alınıb.
Şahidlərin sözlərinə görə, dolu qısa müddətdə küçələri ağ rəngə bürüyüb, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.
Görüntüləri təqdim edirik:
Murad İsmayıl
Bakı 




