• Bakı 25° C

    6.82 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

DİQQƏT! Hansı müəllimlərə FORMA PULSUZ veriləcək? - AÇIQLANDI

CƏMİYYƏT

01 Sentyabr 2026 | 10:40

DİQQƏT! Hansı müəllimlərə FORMA PULSUZ veriləcək? - AÇIQLANDI

"Hazırda müəllimlərin hansı rəngdə, hansı modeldə və hansı parçadan hazırlanmış geyimlərdən istifadə etməli olduğu barədə yekun və məcburi siyahı mövcud deyil".

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bunu Bakıvaxtı.az-a danışarkən bildirib.

Onun sözlərinə görə, burada söhbət bütün müəllimlərin eyni formada geyinməsindən getmir. Daha çox müəllimlərin peşəkar və məktəb mühitinə uyğun geyim standartlarının müəyyənləşdirilməsi nəzərdə tutulur:

"Başqa sözlə, müəllimin qarşısına konkret bir forma qoyulması əvəzinə, müəyyən geyimlərə məhdudiyyət tətbiq edilməsi və işgüzar görünüşün qorunması tələb oluna bilər. Cins şalvar, idman geyimi, həddindən artıq parlaq və məktəb mühitinə uyğun hesab edilməyən geyim elementlərinin məhdudlaşdırılması da bu yanaşmanın tərkib hissəsi ola bilər. Bu yanaşmanın iqtisadi baxımdan müsbət tərəfi ondan ibarətdir ki, müəllimlərə tamamilə yeni qarderob yaratmaq məcburiyyəti yaranmaya bilər. Əgər Nazirlər Kabinetinin müəyyən edəcəyi standartlar ümumi xarakter daşıyarsa, müəllimlərin hazırda istifadə etdikləri klassik və işgüzar geyimlərin böyük hissəsi yeni tələblərə uyğun olacaq. Belə halda müəllim üçün əlavə xərc yalnız müəyyən geyim elementlərinin yenilənməsi ilə məhdudlaşa bilər.
Lakin standartlar sərt müəyyənləşdirilərsə, vəziyyət dəyişə bilər. Məsələn, konkret rəng, model, parça və digər tələblərin müəyyən edilməsi müəllimi məcburən yeni geyim almağa vadar edə bilər. Bu isə xüsusilə ailə büdcəsi məhdud olan və əməkhaqqının böyük hissəsini gündəlik xərclərə yönəldən müəllimlər üçün əlavə maliyyə yükü deməkdir. Bir müəllimin bir neçə iş günü üçün geyim dəstinə ehtiyacı olduğu nəzərə alınarsa, söhbət yalnız bir kostyum və ya bir geyim dəstinin alınmasından getməyə bilər".

Müsahibimiz hesab edir ki, şagird formalarının qiymətləri ilə müəllim geyimini birbaşa müqayisə etmək də düzgün olmaz: 

"Şagird forması standartlaşdırılmış məhsuldur və müəyyən komponentlər üzrə qiymətləndirilir. Müəllim geyimində isə keyfiyyət, marka, parça və model seçimi qiymət fərqini ciddi şəkildə dəyişə bilər. Adi işgüzar geyim bazarında nisbətən münasib qiymətli variantlardan tutmuş bir neçə yüz manatlıq geyimlərə qədər geniş seçim mövcuddur. Buna görə də Nazirlər Kabinetinin yekun standartları açıqlanmadan “müəllimə filan qədər xərc düşəcək” demək real hesablamaya deyil, ehtimala əsaslanmış olar.

Məsələnin başqa bir mühüm tərəfi isə bu xərclərin kim tərəfindən qarşılanacağıdır. Hazırkı məlumata görə, müəllimlər üçün geyim alınmasına görə dövlət büdcəsindən ayrıca kompensasiya və ya subsidiya mexanizmi nəzərdə tutulması barədə rəsmi məlumat yoxdur. Əgər geyim tələbi müəllimin şəxsi vəsaiti hesabına yerinə yetirilməli olacaqsa, burada sosial ədalət məsələsi də ortaya çıxır. Çünki eyni tələb müxtəlif gəlir səviyyəsinə malik müəllimlər üçün eyni maliyyə yükü yaratmayacaq.

Bu baxımdan ən optimal yanaşma geyim standartlarının müəllimlər üçün əlavə və məcburi maliyyə öhdəliyinə çevrilməməsidir. Əgər məqsəd müəllimin məktəbdə peşəkar və səliqəli görünüşünü təmin etməkdirsə, bunun üçün mütləq bahalı və ya xüsusi tikilmiş geyim tələb olunmur. Sadə, klassik və səliqəli geyim də eyni məqsədə xidmət edə bilər. Əks halda geyim qaydası təhsilin keyfiyyətinə təsir edən amildən daha çox müəllimin şəxsi büdcəsinə təsir edən inzibati tələbə çevrilə bilər".

Bununla yanaşı, ekspert düşünür ki, vahid geyim standartının müəyyən üstünlükləri də var:

"Müəllimlərin xarici görünüşündə müəyyən peşəkarlıq standartının formalaşması məktəbin ümumi intizamına və təhsil mühitinə müsbət təsir göstərə bilər. Burada məqsəd müəllimin fərdi seçim imkanlarını tamamilə məhdudlaşdırmaq deyil, məktəb mühitində qəbul edilən ümumi davranış və görünüş çərçivəsini müəyyənləşdirmək olmalıdır. Ən vacib məsələ isə qaydaların necə hazırlanacağıdır. Standartlar hazırlanarkən müəllimlərin real gəlirləri, geyimlərin bazar qiymətləri və müxtəlif bölgələrdə yaşayan müəllimlərin maliyyə imkanları nəzərə alınmalıdır. Əgər qayda bütün müəllimlər üçün məcburi olacaqsa, onun icrasının yaratdığı maliyyə yükü də əvvəlcədən hesablanmalıdır. Lazım gəldiyi halda aztəminatlı müəllimlər üçün müəyyən dəstək mexanizmlərinin tətbiqi də nəzərdən keçirilə bilər. Nəticə etibarilə, müəllim geyimi ilə bağlı yeni tələbin müəllimlərin cibinə nə qədər başa gələcəyini indidən dəqiq hesablamaq mümkün deyil. Əgər söhbət yalnız səliqəli və işgüzar geyim kodeksindən gedəcəksə, əlavə xərc minimal ola bilər və bir çox müəllim mövcud qarderobundan istifadə edə bilər. Əgər konkret forma, rəng, material və model məcburiyyəti müəyyənləşdirilərsə, xərclər əhəmiyyətli dərəcədə arta bilər. Ona görə də əsas gözlənti Nazirlər Kabinetinin qarşıdakı qərarındadır. Məhz həmin qərar müəllimlər üçün geyim tələbinin sadə bir peşəkar standart, yoxsa əlavə maliyyə yükü yaradacaq məcburi forma sistemi olacağını müəyyənləşdirəcək".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Avqust 2026