• Bakı 14° C

    1.32 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Yasamalda bəzi ərazilərdə işıq olmayacaq

CƏMİYYƏT

01 Oktyabr 2026 | 06:26 | Müəllif: Gülşən Şərif

Yasamalda bəzi ərazilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 1-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Rayonun Bəxtiyar Vahabzadə, Məhəmməd Hüseyn Şəhriyar, Süleyman Dadaşov, Şəfayət Mehdiyev küçələri və İkinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

İşlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026