• Bakı 12° C

    1.9 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Bədən bu yaşdan sonra qocalmağa başlayır

CƏMİYYƏT

01 Oktyabr 2026 | 09:31 | Müəllif: Günəş Mərd

Bədən bu yaşdan sonra qocalmağa başlayır

İnsan orqanizmində yaşla bağlı ilk dəyişikliklər 25-30 yaşlarında özünü göstərə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Seçenov Universitetinin Normal Fiziologiya kafedrasının müdiri, tibb elmləri doktoru Aleksey Umryuxin deyib.

Onun sözlərinə görə, əsas qocalma prosesləri 45 yaşdan sonra daha nəzərəçarpan olur. Bu dövrdə göz linzasının bulanıqlaşması və yaşla bağlı uzaqgörənlik kimi dəyişikliklər meydana çıxa bilər.

Mütəxəssis bildirib ki, 50 yaşdan sonra orqanizm funksiyalarında daha ciddi zəifləmə, o cümlədən qan damarlarında aterosklerotik dəyişikliklər müşahidə oluna bilər.

Umryuxin qeyd edib ki, qocalma prosesinin sürətinə həyat tərzi, fiziki aktivlik və psixoemosional vəziyyət təsir edir. O, orqanizmin imkanlarına uyğun müntəzəm və orta səviyyəli fiziki fəaliyyət tövsiyə edib.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026