• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kürdəmirdəki toyda zəhərlənən 91 nəfərin SON DURUMU 

CƏMİYYƏT

01 Oktyabr 2026 | 09:42 | Müəllif: Günəş Mərd

Kürdəmirdəki toyda zəhərlənən 91 nəfərin SON DURUMU

30.09.2026-cı il tarixində saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. 

Qeyd olunub ki, onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, Kürdəmirdə "Günəş" şadlıq sarayında zəhərlənmə hadisəsi qeydə alınıb.Belə ki, mərasim iştirakçıları qidadan zəhərlənib. Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026