• Bakı 25° C

    6.82 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

Qəbələ-Bakı qatarının yoluna çıxan Ağdaş sakini həyatını itirib

CƏMİYYƏT

01 Sentyabr 2026 | 11:02

Qəbələ-Bakı qatarının yoluna çıxan Ağdaş sakini həyatını itirib

Avqustun 29-da, saat 19:30 radələrində Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarının yoluna Ləki stansiyası yaxınlığında qəfil insan çıxıb.

Bakıvaxtı.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, maşinist təcilli tormozlama aparsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub, dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edən şəxs həyatını itirib.

"ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır. Nəzərə almaq lazımdır ki, diqqətsizlik, tələskənlik, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur", - deyə səhmdar cəmiyyəti bəyan edib.

"Report"un Yuxarı Şirvan bürosunun əldə etdiyi məlumata görə, vəfat etmiş şəxs Ağdaş rayonunun Kotanarx kənd sakini 1995-ci il təvəllüdlü Kərimli Bədəl Məzahir oğludur. Ağır bədən xəsarətləri alan yaralı elə hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub. Mərhumun meyiti ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Avqust 2026