• Bakı 24° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

Turizm şirkətinin rəhbəri Polşada həbs edildi

HADİSƏ

01 Sentyabr 2026 | 12:35

Turizm şirkətinin rəhbəri Polşada həbs edildi

Azərbaycanın ən böyük turizm şirkətlərindən biri olan “Flyblast”ın rəhbəri Rövşən Abdullayev Polşada həbs edilib.

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şirkət rəhbərinin həbsinə səbəb Azərbaycan Respublikası tərəfindən axtarışa verilməsidir.

R.Abdullayev şirkətə müraciət edən müştərilərin 1 milyon manata yaxın pulunu dələduzluq yolu ələ keçirməkdə ittiham olunur.

100-ə yaxın əməkdaşı olan “Flyblast Agency Travel” aviabilet satışı, turpaketlər, xarici və daxili turlar, viza dəstəyi, transfer və müxtəlif turizm xidmətləri ilə məşğul olub. Lakin bu xidmətlər göstərilən zaman bir neçə vətəndaş aldadılıb.

Vətəndaşların şikayəti əsasında Xətai Rayon Prokurorluğu tərəfindən R.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ) maddələri ilə cinayət işi başlanılıb, ölkədə olmadığı üçün barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Şirkət isə fəaliyyətini dayandırıb.

Ən son məlumata görə, R.Abdullayev artıq Polşada həbs edilib. Hazırda ekstradisiya edilməsi üçün işlər aparılır. Gələcəkdə təqsiri sübuta yetirilsə, zərərçəkmişlərə dəymiş ziyan ödənilmədiyi halda onu 14 ilə kimi həbs gözləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Avqust 2026