• Bakı 11° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Kürdəmirdə zəhərlənənlərin sayı ARTDI - YENİLƏNİB

HADİSƏ

01 Oktyabr 2026 | 09:23 | Müəllif: Subhan Mahmudov

Kürdəmirdə zəhərlənənlərin sayı ARTDI - YENİLƏNİB

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyətə geniş məlumat verilməsi nəzərdə tutulur.

Faktla bağlı araşdırmalar aparılır.

***

00:47

Kürdəmirdə toy mərasimində zəhərlənənlərin sayı 50 nəfəri keçib.

Bakıvaxtı.az-ın xəbərinə görə, onlardan 7-si azyaşlıdır.

Qeyd edək ki, hadisə ötən gün şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.

***

30 sentyabr, 22:53

Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.

Belə ki, mərasim iştirakçılarının 13-ü qidadan zəhərlənib.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyətləri orta ağırdır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026