• Bakı 24° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

89 uşaq övladlığa verilib

CƏMİYYƏT

01 Sentyabr 2026 | 12:03

89 uşaq övladlığa verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin ötən dövründə 89 uşaq övladlığa verilib.

Bakıvaxtı.az xəbər verir ki, onlardan 45-i qız, 44-ü oğlandır.

Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.

Onu da qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən şəxslər aylıq sosial müavinətlə (3-18 yaş arası hər uşağa görə 240 manat, əlilliyi olan hər uşağa görə 600 manat) təmin edilir.

Həmçinin onlar sosial təminat, əmək, vergi münasibətləri sahələrində bir sıra güzəştlərə də malikdirlər.

 

 


89 uşaq övladlığa verilib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Avqust 2026