• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ağdama yeni nəfəs qayıdır - YENİLƏNİB

CƏMİYYƏT

01 Sentyabr 2026 | 15:26 | Müəllif: Subhan Mahmudov

Ağdama yeni nəfəs qayıdır - YENİLƏNİB

Köç karvanı Ağdam şəhərinə çatıb, sakinlərə evlərin açarları təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

14:48

Ağdam şəhərinə yola salınan növbəti köç karvanı şəhərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.

***

08:32

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 362 nəfər (117 ailə) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026