• Bakı 24° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

Prezident: Müttəfiqlik müqaviləsi Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə yüksəldib

SİYASƏT

01 Sentyabr 2026 | 14:14

Prezident: Müttəfiqlik müqaviləsi Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə yüksəldib

Müttəfiqlik münasibətləri haqqında müqavilə Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə yüksəldib.

Bakıvaxtı.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “ŞƏT plyus” formatında görüşdəki çıxışı zamanı deyib.

    “İlk növbədə dəvətə və qonaqpərvərliyə görə Qırğızıstan Respublikasının Prezidentinə təşəkkürümü bildirirəm. Qardaş Qırğızıstana yenidən səfər etməkdən məmnunam. Bir ay əvvəl dövlət səfərim çərçivəsində müttəfiqlik münasibətləri haqqında müqavilə imzalanıb. Bu tarixi sənəd Azərbaycanla Qırğızıstan arasındakı münasibətləri ən yüksək səviyyəyə yüksəldib.

    Fürsətdən istifadə edərək, Qırğızıstan Prezidentini və xalqını ölkənin sosial-iqtisadi inkişafındakı uğurları, beynəlxalq arenada nüfuzunun möhkəmlənməsi münasibətilə təbrik etmək istərdim. Qırğızıstanın 2027–2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi beynəlxalq ictimaiyyətin Qırğızıstanın həyata keçirdiyi siyasətə dəstəyinin göstəricisidir”, - dövlət başçısı qeyd edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    31 Avqust 2026