Sentyabr ayı bəzi bürclər üçün maliyyə baxımından daha uğurlu dövr vəd edir. Astroloji proqnozlara görə, son aylarda pul çatışmazlığı, borclar və gözlənilməz xərclərlə üzləşən bir sıra bürclər sentyabrda vəziyyətlərini tədricən yaxşılaşdıra bilərlər.
Bakıvaxtı.az xəbər verir ki, astroloqlar xüsusilə Buğa, Şir, Əqrəb və Oğlaq bürcləri üçün maliyyə sahəsində müsbət dəyişikliklərin mümkün olduğunu bildirirlər.
Buğa bürcü üçün sentyabr əlavə gəlir mənbələrinin yaranması, gecikmiş ödənişlərin alınması və iş həyatında yeni imkanlarla yadda qala bilər. Xərclərə nəzarət edən Buğalar ayın ikinci yarısında daha rahat maliyyə vəziyyətinə çıxa bilərlər.
Şir bürcünün nümayəndələri üçün isə iş və karyera sahəsində aktiv dövr başlayır. Yeni layihə, bonus və ya əlavə qazanc imkanının ortaya çıxacağı istisna edilmir. Astroloqlar riskli maliyyə qərarlarından uzaq durmağı tövsiyə edirlər.
Əqrəb bürcü uzun müddətdir davam edən maliyyə sıxıntılarından çıxış yolu tapa bilər. Borcların bir hissəsinin bağlanması, gözlənilməz pul daxilolması və ya sərfəli əməkdaşlıq təklifi Əqrəblərin büdcəsini yüngülləşdirə bilər.
Oğlaq bürcü üçün də sentyabr maliyyə sabitliyinin güclənməsi ilə əlamətdar ola bilər. Əvvəllər görülən işlərin nəticəsini almaq, maaş artımı və ya yeni gəlir mənbəyi əldə etmək ehtimalı yüksək qiymətləndirilir.




