• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Sabah bu rayonlarda qaz olmayacaq

CƏMİYYƏT

30 Sentyabr 2026 | 19:53 | Müəllif: Subhan Mahmudov

Sabah bu rayonlarda qaz olmayacaq

Sabah Ağdaş, Şəki və Qəbələ rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-dan işlər yekunlaşanadək Ağdaş şəhərinin H.Əliyev prospekti, Vaqif, SU-18, S.Səlimoğlu, İ.Millətoğlu, L.Məmmədbəyov, Ə.Bayramov, M.Əfəndizadə, H.Hacıyev, K.Kərimov, İstiqlal küçələrində və rayonun Qarasuqumlaq kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin oktyabrın 1-də saat 09:30-dan işlər yekunlaşanadək Qəbələ şəhərinin N.Nərimanov, E.Kərimov, 20 Yanvar, H.Əliyev və İ.B.Qutqaşınlı küçələrində qaz təchizatında fasilə yaranacaq.

Bundan başqa, sabah saat 10:00-dan işlər yekunlaşanadək Şəki rayonunun Baltalı kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026