• Bakı 21° C

    9.53 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

ABŞ-dəki hədəfləri vura bilərik - SEPAH

DÜNYA

01 Sentyabr 2026 | 00:41

ABŞ-dəki hədəfləri vura bilərik - SEPAH

İran Silahlı Qüvvələri hazırda ənənəvi döyüş üsullarından istifadə edir və asimmetrik taktikalara keçməyə ehtiyac görmür. Lakin zərurət yaranacağı təqdirdə münaqişənin birbaşa ABŞ ərazisinə daşına biləcəyi açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri Məhəmməd Rza Nəğdi Livanın “Əl-Məyadin” telekanalına müsahibəsində bildirib.

“Biz hazırda asimmetrik deyil, ənənəvi müharibə aparırıq”, – deyə Nəğdi qeyd edib.

Onun sözlərinə görə, İran indiyədək bütün hərbi imkanlarından tam istifadə etmədən raket və dronlar vasitəsilə öz təhlükəsizliyini təmin edə bilib.

Nəğdi bununla belə, vəziyyətin dəyişə biləcəyinə işarə edib. O bildirib ki, asimmetrik müharibəyə keçid ABŞ ərazisində, o cümlədən Vol Strit və Manhettendə hədəflərin vurulmasını nəzərdə tuta bilər.

“İstənilən yerdə və istənilən vaxt, indiyədək istifadə olunmamış imkanlardan yararlanaraq müharibə aparmaq mümkündür. İndiyədək buna ehtiyac olmayıb”, – deyə Nəğdi vurğulayıb.

Açıqlama ABŞ-İran münasibətlərində gərginliyin artdığı bir vaxtda səslənib. ABŞ Prezidenti Donald Tramp daha əvvəl İrana qarşı genişmiqyaslı iqtisadi əməliyyatın başladığını açıqlayıb və Tehranı görünməmiş səviyyədə təcrid etməyə çalışdıqlarını bildirib./Globalinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Avqust 2026