• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Rusiyada yanacaq qadağası ilə bağlı yeni qərar

DÜNYA

30 Sentyabr 2026 | 20:16 | Müəllif: Subhan Mahmudov

Rusiyada yanacaq qadağası ilə bağlı yeni qərar

Rusiya hökuməti dizel, gəmi yanacağı və kerosinin ixracına qoyulan qadağanın müddətini oktyabrın 31-nə qədər uzadıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, hökumətin yazılı açıqlamasında müəyyən yanacaq növlərinin ixracına qoyulan qadağanın müddətinin daxili yanacaq bazarında sabitliyi qorumaq üçün uzadıldığı bildirilir.

Dizel, gəmi yanacağı və kerosin ixracına qoyulan qadağa oktyabrın 31-dək uzadılıb, benzin ixracına qoyulan qadağa isə 2027-ci il yanvarın 31-dək davam edəcək.

Qeyd edək ki, Ukraynanın Rusiya neft emalı zavodlarına dron hücumları səbəbindən ölkədəki çoxsaylı obyektlərdə təmir işləri aparılır və müəyyən bölgələrdə yanacaq satışına bəzi məhdudiyyətlər tətbiq olunur. Rusiya hökuməti bu tədbirlərin bir hissəsi olaraq benzin və dizel yanacağının ixracını qadağan etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026