• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

DÜNYA

01 Oktyabr 2026 | 00:03 | Müəllif: Subhan Mahmudov

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

Bu gün İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 7 fələstinli ölüb.

Bakıvaxtı.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə anklavın səhiyyə orqanlarının nümayəndələri bildiriblər.

Onların məlumatına görə, İsrailin Qəzza şəhərindəki yaşayış binasına endirdiyi aviazərbə nəticəsində 1 qadın ölüb, onun əri və daha bir neçə nəfər isə yaralanıb. İsrail Müdafiə Ordusunun iddiasına görə, zərbənin hədəfi hərbçilərə hücumlar planlaşdıran HƏMAS yaraqlısı olub.

Qeyd olunub ki, Qəzza şəhərinin Təl-əl-Həva rayonunda İsrailin endirdiyi daha bir aviazərbə nəticəsində azı 4 nəfər ölüb, 14 nəfər isə yaralanıb. Anklavın cənubunda, Xan-Yunisdə məscidin yaxınlığına endirilən zərbə nəticəsində yerli jurnalist Məhəmməd Əl-Nəccar həlak olub, bir neçə nəfər yaralanıb.

Daha sonra Qəzza zolağının cənubundakı Qarara şəhəri yaxınlığında İsrailin hava zərbəsi nəticəsində 1 nəfər ölüb. Beləliklə, gün ərzində həlak olanların sayı azı 7 nəfər təşkil edib.

Qəzza Səhiyyə Nazirliyinin son məlumatlarına görə, atəşkəs elan ediləndən bəri azı 1 400 nəfər həlak olub. İsrail isə 4 hərbçisinin öldüyünü bildirir.

Fələstin hakimiyyəti bildirib ki, 2023-cü ilin oktyabrından bəri İsrailin hücumları nəticəsində Qəzzada 74 mindən çox insan ölüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026