Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı paylaşım edib.
Bakıvaxtı.az xəbər verir ki, o, anasının “Laçın” mahnısını ifa etdiyi kadrları öz sosial media hesabında paylaşıb:
“Sən mənə lap uşaqlıqdan doğruluqdan və dürüstlükdən heç vaxt şübhə etmədən, başı uca və məğrur yaşamağı öyrətdin. O böyük ürəyinə, əhvalından asılı olmayaraq, dünyaları sığdırdın. Tanıdığım ən böyük vətən sevdalısı. Dilini, dinini, tarixini, bayrağını, ədəbiyyatını, musiqisini bütün qəlbinlə sevdin. Hər gözəl hekayədə səni görəcəyəm, hələlik...”.




