İtalyan prodüser Silviya d’Amiko 85 yaşında vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli KİV yazıb.
Prodüser kimi o, 1974-1977-ci illər ərzində tərəfdaşı Roberto Rossellininin “İl Messia” (1975) filminin bütün istehsal prosesinə nəzarət edib.
O, həmçinin Rossellini ilə birlikdə Karl Marks və Fridrix Engelsin gənclik illərindəki dostluğundan bəhs edən, rejissorun vəfatı səbəbindən yarımçıq qalan böyük bir film layihəsi üzərində çalışıb.
















