ABŞ-nin sanksiyalarına baxmayaraq, İranın kifayət qədər valyuta ehtiyatı var.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu İran Mərkəzi Bankın sədri Əbdülnasir Hemmati bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank baş verən son hadisələr fonunda valyuta bazarına 2 milyard dollara qədər investisiya qoymağa hazırdır:
"ABŞ Prezidenti Donald Trampa deyirəm: İranın xarici valyutası var və bu, kifayət qədərdir. Tam dürüstlüklə deyirəm ki, iqtisadi şərait və dolanışıq vasitələrinin idarə olunması çətinləşib, amma çöküş heç vaxt baş verməyib və olmayacaq".
Hemmati Mərkəzi Bankın xarici valyuta debitor borclarını yığmağa davam etdiyini və daxili ehtiyatlara, eləcə də digər resurslara malik olduğunu söyləyib.
Gülşən Şərif




