Fransa Prezidenti Emmanuel Makronun fəaliyyətini müsbət qiymətləndirənlərin sayı 18%-ə düşüb.
Bakıvaxtı.az xəbər verir ki, "Odoxa-Mascaret"in sentyabr sorğusuna əsasən, Makronun reytinqi iyunun sonu ilə müqayisədə 7 faiz bəndi azalıb.
Bu, onun prezidentliyi dövründə ən aşağı göstəricidir.
Sorğuya görə, fransalıların 75%-i hökumətin yanacaq qiymətlərinin artımının təsirlərini azaltmaq üçün sürücülərə ayırdığı yardımı kifayət hesab etmir. Respondentlərin 62%-i isə bu məqsədlə daha çox vəsait ayrılmasını istəyir. Baş nazir Sebastyan Lekornunun fəaliyyətinə müsbət qiymət verənlərin göstəricisi də 24%-ə düşüb.
Fransada 2027-ci il prezident seçkiləri ilə bağlı keçirilən Toluna-Harris Interactive sorğusunda isə Marin Le Pen ilk tur üçün 35-36% səs dəstəyi ilə öndə göstərilib. Sorğu 22-24 sentyabr tarixlərində 1 974 seçici arasında keçirilib.
Sorğunun nəticələrinə görə, müxtəlif ssenarilərdə Le Pen və Jan-Lük Melanşonun ikinci tura çıxacağı göstərilib. Bununla yanaşı, bu cür sorğular seçkinin nəticəsini proqnozlaşdırmır və yalnız sorğunun keçirildiyi dövrdəki seçici mövqeyini əks etdirir.
Murad İsmayıl
















