• Bakı 17° C

    0.72 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Səhvən sağlam ayağını amputasiya etdilər

DÜNYA

01 Oktyabr 2026 | 12:28 | Müəllif: Günəş Mərd

Səhvən sağlam ayağını amputasiya etdilər

ABŞ sakini Şeron Ceks sağlam ayağının səhvən amputasiya edildiyini iddia edərək xəstəxanaya qarşı məhkəmə iddiası qaldırıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Hadisə 2025-ci il sentyabrın 19-da Selbi Baş Xəstəxanasında baş verib. Xərçəng xəstəsi olan Ceksin sağ ayağının dizdən aşağı hissəsinin amputasiyası planlaşdırılıb.

Lakin əməliyyatdan sonra qadın sol ayağının amputasiya edildiyini görüb.

Həkimlər daha sonra xəstənin xərçəngdən təsirlənmiş digər ayağını da amputasiya etməli olublar.

Ceksin vəkili bildirib ki, hadisə zamanı səhvi müəyyən etmək və əməliyyatı dayandırmaq üçün bir neçə imkan olub. Onun sözlərinə görə, cərrah əvvəlcə düzgün ayağı işarələyib və həmin işarə əməliyyat boyunca qalıb, lakin cərrahi qrup buna məhəl qoymayıb.

Tibbi sənədlərə əsasən, əməliyyatdan əvvəl cərrahi qrup proseduru yoxlamaq üçün iki dəfə dayanıb. Buna baxmayaraq, əməliyyat səhv ayaqda aparılıb.

Ceksin vəkili hadisəni ciddi tibbi səhlənkarlıq kimi qiymətləndirib və müvəkkilinin bundan sonra ömrünün sonuna qədər əməliyyatın nəticələri ilə yaşamalı olacağını bildirib.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026