BMT beynəlxalq sistemin əsası, Nizamnaməsi isə beynəlxalq hüququn universal təməli olaraq qalmalıdır.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
O, çıxışında BMT-yə alternativ olmadığını və onun beynəlxalq sistemin əsasını təşkil etməli olduğunu bildirib:
"Kəskin geosiyasi gərginlik şəraitində BMT-nin mərkəzi əlaqələndirici rolunu qorumaq və gücləndirmək xüsusilə vacibdir. BMT xeyli tənqidlə üzləşir. Bu tənqid qismən haqlı olsa belə, əsas məqamı dəyişmir. Bu təşkilata alternativ yoxdur. Bizim ortaq məqsədimiz BMT-ni gücləndirmək və onun effektivliyini artırmaqdır".
Gülşən Şərif




