• Bakı 24° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

Sahibə Qafarovaya yeni vəzifə verilə bilər

SİYASƏT

01 Sentyabr 2026 | 13:21

Sahibə Qafarovaya yeni vəzifə verilə bilər

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi vəzifəsinə namizədliyini irəli sürüb.

Bakıvaxtı.az xəbər verir ki, spiker bu barədə Serbiyanın paytaxtı Belqrad şəhərində Qoşulmama Hərəkatının 65-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

"Parlamentlərarası İttifaqda rəhbər vəzifəyə namizədliyimin irəli sürülməsi mənim üçün böyük şərəfdir. Seçkilər bu ilin oktyabr ayında Tanzaniyada keçiriləcək və həmin vaxt Assambleya da təşkil olunacaq", – deyə o bildirib.

S.Qafarova seçiləcəyi təqdirdə bu vəzifəni Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələrinin iştirakı və dəstəyi ilə həyata keçirməyin onun üçün böyük şərəf olacağını söyləyib.

Milli Məclisin sədri çıxışının sonunda Qoşulmama Hərəkatının yaradılmasının 65-ci ildönümünün qurucu liderlərin irsinə ehtiram göstərilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

"Biz təşkilatın qurucularını xatırlamalı, onlara ehtiramımızı bildirməli və onların irsini gələcəyə daşımağa davam etməliyik. Onların prinsipləri bizim gələcəyimizin açarıdır. Bizim kollektiv məsuliyyətimiz Hərəkatın birliyini qorumaq, onun səsini gücləndirmək və sülhə, dayanıqlı inkişafa, daha ədalətli və bərabərhüquqlu beynəlxalq nizama töhfəsini artırmaqdır", – deyə S.Qafarova vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Avqust 2026