• Bakı 12° C

    6.42 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

İsrail Türkiyədə əməliyyat keçirə bilər? - AÇIQLAMA

SİYASƏT

01 Oktyabr 2026 | 11:59 | Müəllif: Zeynəb Rzayeva

İsrail Türkiyədə əməliyyat keçirə bilər? - AÇIQLAMA

Türkiyə və İsrail arasında münasibətlər son dövrdə kəskin şəkildə gərginləşib. Təl-Əvivin HƏMAS-a qarşı əməliyyatları genişləndirmək bəyanatları fonunda İsrail xüsusi xidmət orqanlarının fərqli ölkələrdə analoji adımlar atacağı ehtimalları müzakirə olunur.

Bəs Təl-Əviv oxşar əməliyyatları Türkiyə ərazisinə də keçirə bilərmi?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Qətərdə belə bir əməliyyatın keçirilmə ehtimalı yüksək olsa da, bunun Türkiyəyə qədər uzana biləcəyi inandırıcı görünmür:

"Türkiyə güclü dövlətdir və xüsusi xidmət orqanları hazırda yüksək səviyyədə fəaliyyət göstərir. Yəqin ki, Türkiyə xüsusi xidmət orqanları ölkə ərazisində kənar bir dövlətin, o cümlədən İsrailin əməliyyat keçirməsinə qətiyyən imkan verməzlər. Buna cəhd göstəriləcəyi təqdirdə isə Türkiyə-İsrail münasibətlərinin maksimum həddə gərginləşəcəyi şübhə doğurmur. Hətta bu gərginləşmə müəyyən preventiv addımların atılmasına da yol aça bilər".

Elçin Xalidbəyli: Türkiyədə əməliyyatın keçirilmə ehtimalı o qədər də inandırıcı deyil

E.Xalidbəyli vurğulayıb ki, rəsmi Ankara heç bir halda öz ərazisində kənar bir dövlətin hansısa əməliyyat keçirməsinə göz yummaz:

"Qətər üzərindən belə bir əməliyyatın keçirilmə ehtimalı mümkün görünsə də, eyni hədəflər üzərindən Türkiyədə əməliyyatın keçirilmə ehtimalı o qədər də inandırıcı deyil. Belə bir addım Türkiyənin ən kəskin reaksiyasına səbəb ola bilər".

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026