OpenAI şirkətinin ChatGPT çatbotunun fəaliyyətində qlobal miqyasda problemlər qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Downdetector” portalının məlumatında bildirilib.
Məlumata görə, nasazlıq Moskva vaxtı ilə saat 17:22 radələrində başlayıb. ABŞ, Almaniya, Braziliya, Böyük Britaniya, Hollandiya və bir sıra digər ölkələrdən olan istifadəçilər ChatGPT-nin işində fasilələr və xidmətə giriş problemləri barədə şikayətlər ediblər.
Bundan əlavə, bəzi istifadəçilər OpenAI-a məxsus “Codex” platformasının fəaliyyətində də problemlərin yarandığını bildiriblər.
Qeyd edək ki, son günlər müxtəlif onlayn xidmətlərdə də oxşar nasazlıqlar qeydə alınıb.
Murad




