• Bakı 25° C

    6.82 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

Hicab taxanlar cərimə oluna bilər - BU ÖLKƏDƏ

DÜNYA

01 Sentyabr 2026 | 10:04

Hicab taxanlar cərimə oluna bilər - BU ÖLKƏDƏ

Fransanın sağçı Milli Birlik (RN) partiyasının deputatı Jan-Filip Tanqi 2027-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı açıqlaması ilə gündəmə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Tanqi BFMTV-də yayımlanan proqramda RN-nin seçkidə qalib gələcəyi təqdirdə hicab taxan qadınlara cərimə tətbiq edilməsinin mümkün olduğunu bildirib.

Deputat Fransada “İslam ideologiyasına qarşı mübarizə” aparacaqlarını deyib. Onun sözlərinə görə, Parisin şəhərətrafı ərazilərində böyüdüyü vaxtdan bu yana ciddi dəyişikliklər baş verib və hicab taxan qadınların sayının artması narahatlıq doğurur.

Tanqinin fikirləri ölkədə, xüsusilə solçu siyasətçilər tərəfindən tənqid olunub.

Qeyd edək ki, Fransada dini simvollarla bağlı müəyyən məhdudiyyətlər mövcuddur. 2004-cü ildən dövlət məktəblərində şagirdlərin nəzərəçarpan dini simvollardan istifadəsinə qadağa tətbiq edilir. Dövlət sektorunda çalışanlar üçün də dini simvollarla bağlı məhdudiyyətlər qüvvədədir.

Fransada növbəti prezident seçkilərinin ilk turunun 18 aprel, ikinci turunun isə 2 may 2027-ci ildə keçirilməsi planlaşdırılır. Hazırkı prezident Emmanuel Makron iki müddət prezidentlik etdiyi üçün növbəti seçkidə namizəd ola bilməyəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Avqust 2026