• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp

DÜNYA

01 Oktyabr 2026 | 08:27 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Hörmüz boğazından keçən gəmi hərəkətini tam nəzarətdə saxladığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evdə jurnalistlərə açıqlama verərkən bildirib.

"Biz sözün əsl mənasında Hörmüz boğazına nəzarət edirik. Tam nəzarətimiz var",- deyə o, vurğulayıb.

Onun sözlərinə görə, İran tərəfi vəziyyətə müdaxilə etmək üçün yalnız məhdud imkanlara malikdir: "Onlar, məsələn, sadəcə bir mina yerləşdirə bilərlər". Dövlət başçısı əlavə edib ki, hətta bu da müəyyən problem yarada bilər, çünki gəmi sahibləri boğazı keçərkən riskə getmək istəmirlər.

İranla qarşıdurmada məqsədlərinə tezliklə çatacağını vurğulayan Tramp xatırladıb ki, o, daha əvvəl seçkilərdən sonra və ya hətta əvvəl bu ölkə ilə razılığın əldə olunacağına inandığını bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026