• Bakı 21° C

    9.53 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

DÜNYA

01 Sentyabr 2026 | 00:47

İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

İsveç Fransadan 4,3 milyard avro dəyərində dörd müdafiə və müdaxilə freqatı alacaq.

Bakıvaxtı.az "Le Monde"yə istinadən xəbər verir ki, müvafiq müqavilə Stokholmda "Naval Group" gəmiqayırma şirkətinin sədri və baş direktoru Pyer-Erik Pommele ilə İsveç Müdafiə Maddi-Texniki Təminat Administrasiyasının direktoru Mikael Qranholm tərəfindən imzalanıb.

Beləliklə, İsveç 2024-cü ildə NATO-ya üzv olduqdan sonra yenidən silahlanma səylərini davam etdirib. Qeyd olunub ki, ilk freqatlar 2030-cu ildə təhvil veriləcək. Yeni gəmilər ballistik raketlərin məhv edilməsi üçün nəzərdə tutulan hava hücumundan müdafiə sistemləri ilə təchiz olunmalıdır.

İki ölkənin Müdafiə nazirlikləri həmçinin operativ məsələlər, müdafiə potensialı və sənaye inkişafı sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsinə dair çərçivə sazişi imzalayıb.

Sənədlərin imzalanma mərasimində İsveçin Baş naziri Ulf Kristersson və Fransa Prezidenti Emmanuel Makron iştirak edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Avqust 2026