• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

CƏMİYYƏT

20 Oktyabr 2026 | 15:09 | Müəllif: Əli Hüseynov

800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilan rayonuna köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir.  

Bakıvaxtı.az xəbər verir ki, həmin sakinlərdən artıq 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub.

Onlardan:

- 750 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 48 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurulub),

- 50-dən çox şəxs isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.

Hazırda daha bir qrup sakinin məşğulluğunun təminatı üçün işlər aparılır.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026