• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Qarabağ" və "Neftçi" Azərbaycan derbisində yaşananlara görə cərimələnib

İDMAN

20 Oktyabr 2026 | 17:17 | Müəllif: Əli Hüseynov

"Qarabağ" və "Neftçi" Azərbaycan derbisində yaşananlara görə cərimələnib

AFFA İntizam Komitəsi "Qarabağ" və "Neftçi" klublarını cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, buna komandalar arasında keçirilmiş Misli Premyer Liqasının VIII turunda yaşananlar səbəb olub.

Ağdam təmsilçisi azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyi üçün 5000 manat ziyana düşüb.

Bakı klubu fanatların pirotexniki vasitədən istifadəsinə görə 3000, beş futbolçu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.

Bundan əlavə, "Neftçi"nin mətbuat katibi Asəf Zeynallıya xəbərdarlıq edilib. Buna onun stadiona kiçik zərər vurması səbəb olub. Dəymiş zərər yerində ödənilib.

Xatırladaq ki, Azərbaycan derbisi 3:3 hesabı ilə bitib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026