• Bakı 16° C

    1.95 m/s

Hikmət Hacıyev Emin Millini qəbul etdi

SİYASƏT

20 Oktyabr 2026 | 17:42 | Müəllif: Əli Hüseynov

Hikmət Hacıyev Emin Millini qəbul etdi

Almaniyada yaşayan azərbaycanlı fəal Emin Milli Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin qəbulunda olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Emin Milli sosial şəbəkədə paylaşım edib.

“Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşməkdən məmnun oldum. Görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin inkişafı, Orta Dəhlizin potensialı və beynəlxalq aləmdə baş verən son hadisələr ətrafında maraqlı fikir mübadiləsi apardıq”, - o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026