Türkiyəli jurnalist Kamal Öztürk saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, buna səbəb onun Suriyadakı ərəb ələviləri ilə bağlı canlı yayımda işlətdiyi ifadələr olub.
Samandağ Respublika Prokurorluğu Öztürkün televiziya kanalında etdiyi açıqlamalarla bağlı istintaqa başlayıb və şahidlər dindirilib.
Qeyd edək ki, Öztürk "Ələvilərin hamısını qətlə yetirsələr, yeri var" sözlərini işlədib.




