• Bakı 21° C

    9.53 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır

İDMAN

01 Sentyabr 2026 | 01:00

"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır

“Qalatasaray” müdafiəçi Yusuf Akçiçekin transfer heyətinə qatmağa hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, türkiyənin "Haberler" nəşrinin məlumatına görə, İstanbul klubu 20 yaşlı futbolçu ilə müqavilənin şərtləri üzrə razılığa gəlib. Hazırda onun çıxış etdiyi “Əl-Hilal”la danışıqlar davam edir.

Səudiyyə Ərəbistanı klubunun Akçiçeki əvəzləyəcək yeni mərkəz müdafiəçisi transferini tamamlamasından sonra futbolçunun “Qalatasaray”a keçidinə rəsmi razılıq verəcəyi bildirilir. Bundan sonra tərəflərin müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, futbolçu karyerasına “Qalatasaray”ın akademiyasında başlayıb. 2019-cu ildə “Fənərbaxça”nın akademiyasına keçən Akçiçek ötən mövsümün əvvəlində 22 milyon avro qarşılığında “Əl-Hilal”a transfer olunub./Qol.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Avqust 2026